Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Bu gün, 00:09
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub. “Admedia.az” MMC Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində normativ-hüquqi, idarəetmə və təşviq üzrə mexanizmlərin formalaşdırılması, tədbirlərin və təhsil-təlim proqramlarının təşkili xidmətlərini həyata keçirəcək və qarşılığında 2 milyon 613 min 3 manat 80 qəpik alacaq. Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur. Onu da qeyd edək ki, ötən il Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi olan “Admedia.az” MMC Bakıda Beynəlxalq Kitab Sərgisini təşkil edib və bu zaman həyata keçirilməsi nəzərdə tutulan xidmətlərdən bəziləri icra olunmayıb.