"Müharibə müddəti uzansa, İran rejimi ABŞ və İsrailin tələblərini icra etməyə məcbur qala bilər" - Video

Bu gün, 07:24           
"Müharibə müddəti uzansa, İran rejimi ABŞ və İsrailin tələblərini icra etməyə məcbur qala bilər" - Video
“İsrail hücum edir, İran cavab verir, bir müddət dayanaır, yenidən davam edir. İl yarımdır ki, İran və İsrail arasında bu atışmalar var idi. Bir-birinə hücum edib, sora dayanıblar. Bu dəfəki hücumlar daha yüksək səviyyədədir. İran böyük bir ölkədir. Müqaviməti də çox göstərə bilər. Ola bilər ki, bu münaqişə uzun müddət davam etsin. Eyni zamanda İranda millət hakimiyyətdən narazıdır. Ola bilsin ki, hakimiyyət uzun müddət mübarizə apara bilməsin və rejimi saxlamaq üçün təslimiyyətə məcbur olsun, eyni zamanda Amerika və İsrail istəyən şərtləri qəbul etsin”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, Seyyid Əli Hüseyni Xamenei geri çəkilə bilər.

“Ola bilər ki, mövcud müharibə nizami qüvvələrin içində ixtilaf yaratsın”-deyən Maşallah Rəzmi qeyd edib ki, İranda iki ordu var: “Ordunun biri sərhədləri müdafiə etmək üçündür. Digəri, ideoloji ordudur. Yəni Sipahi Pasdarandır. Bu günə qədər həmin orduları birlikdə göstərməyə çalışsalar da, ola bilsin, bu ordular da bir-birinə qarşı çıxsın və daxildə dəyişiklik yaransın”.

Siyasi şərhçi vurğulayıb ki, İranda iqtisadi vəziyyət onsuz da acınacaqlı durumdadır və mövcud müharibə bu durumu daha da çətinləşdirə bilər.

Maşallah Rəzminin İran-İsrail müharibəsi ilə bağlı şərhinin davamını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.