Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini kim himayə edir? - FOTOLAR

Bu gün, 17:10           
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini kim himayə edir? - FOTOLAR
Bərdə rayonunda qanunsuz tikinti aparılır.

Bərdə rayonunun İsmət Qayıbov küçəsi ilə mərkəzi küçənin kəsişməsində yerləşən obyektə qanunsuz olaraq ikinci mərtəbə əlavə edilir.

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Bərdə rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxslərinin himayə etdiyi deyilir.

Əldə etdiyimiz digər məlumatda Bərdə rayonunda aparılan qanunsuz tikintilərə bilavasitə başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədovun vasitəsilə aparıldığı, rayonda obyekt tikmək, əlavə etmək istəyən şəxslərin mütləq onunla "hesablaşdığı" vurğulanır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.