Ortada həm də ciddi dezinformasiya savaşı gedir…

18-06-2025, 16:37           
Ortada həm də ciddi dezinformasiya savaşı gedir…
Əhmədinejat öldürülməyib. Nə raketə tuş gəlib, nə də küçədə bıçaqlanıb. Raket-dron savaşları ilə yanaşı dezinformasiya müharibəsi də bu şəkildə davam edir.
Dünya Əhmədinejatın bu qarışıqlıqda ölümü ilə çalxalanarkən, sabiq prezidentin ofisi bəyanat verib ki, o sizin üçün ölüb, bizim üçün ölməyib…
Bu arada Trampın İran-İsrail savaşına hozu girişi prossesləri daha çıxılmaz duruma gətirib çıxaracaq.
Rusiyanın belə səssiz qaldığı bu savaşda İranı Pakistanın dəstəkləməsinə dair xəbərlər isə Birinci Qarabağ savaşı zamanı kiminsə uydurduğu “100 minlik ordu ilə dəstək” bəyanatına oxşayır. Çünki Pakistan-Hindistan qarşıdurmasında İran neytral mövqe sərgiləyib. Eyni zamanda Bəlucistanla bağlı iki dövlət arasında problem öz həllini tapmayıb. Belə olan təqdirdə, Pakistanın bu savaşdan qalib çıxacağı zəif ehtimal olan İranın yanında bu şəkildə yer alması inandırıcı görünmür.
Qısacası, ortada həm də ciddi dezinformasiya savaşı gedir…
Agil Alesger
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru