Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir?
Bu gün, 17:36

Xəbər verdiyimiz kimi Ağdamda baş verən ağır faciənin qarşısı alınıb.
TEREF XALQ-a istinadən məlumat verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə Ağdamın işğaldan azad olunmuş ərazilərində tikinti işləri aparılan tikintidə fəhlə işləyən şəxs intihara cəhd edib.
Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb oluub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Ağdamda “FRIEND” MMC-nin inşa işlərində çalışan fəhlə bir neçə vaxtdır ki, maaşını ala bilmdiyi üçün int***ara cəhd edib.
Məlumatlara görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin tikinti sifarişlərini icra edən “FRIEND” MMC-nin rəhbərliyi fəhlələrin bir neçə müddətdir maaşını ödəmədiyi üçün bu hadisə baş verib.
Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin əməkdaşı XALQ-a bildirib ki, hadisə maaşa görə deyil şəxsi zəmində olub və təkidlə xəbərin əsassız olmasını qeyd edib. Lakin görüntülərdəndə aydın olur ki, Ağdamda tikintidə işləyən fəhlə israrla bildiri ki, dövlət sifarişini icra edən “FRIEND” MMC-nin rəhbərləri Elçin, Elnur və Natiq Əliyev qardaşlarından maaaşını ala bilmir bu səbədən intihar edir.
Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir?
Qeyd edək ki, sosial platformada olan digər məlumatdabildirilir ki, yük avtomobilinin sürücüsü Həsənov Rauf Yaqub oğlu “FRIEND” MMC-dən ödənişlərini ala bilmədiyi üçün şikayət etmişdi və şikayətdən sonra Ağcəbədi rayon sakinin ödənişi 5000 min manatı verilmişdir.
Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu verilsədə heç bir cavab verilməyib.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndə Emin Hüseynovdur.
Məsələdə adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.