Rusiyada həbsxanada qiyam - Azərbaycanlı oğrularında adları hallanır

7-05-2015, 02:53           
Rusiyada həbsxanada qiyam - Azərbaycanlı oğrularında adları hallanır
Rusiyanın Nijeqorod ərazisində yerləşən həbsxanada dustaqlar qiyam qaldırıb.

Qiyamçı məhbuslar həbsxanada çalışan zabitləri girov götürüb.

Hazırda Nijeqorod ərazisində yerləşən müalicə-islahedici müəssisədə qarışıqlıqlar davam edir. Həbsxana LİU-3 xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb.

İlkin informasiyaya görə, “qanuni oğru” ların qaldırdığı qiyam onların hələ davam edən nüfuz müharibəsindəki növbəti döyüşlərdən biri sayılır. Rusiya mətbuatı bu işdə Azərbaycanlı “qanuni oğru”ların da yer aldığını qeyd edib.

Girovların sayı dəqiqləşdirilir. Koloniya tam mühasirəyə alınıb./anspress/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.