Qazaxıstandan qanunsuz yolla çıxarılmış 1,1 milyard dollar geri qaytarıldı

Bu gün, 08:48           
Qazaxıstandan qanunsuz yolla çıxarılmış 1,1 milyard dollar geri qaytarıldı
2024-cü il ərzində Qazaxıstan hökuməti ölkədən qanunsuz yollarla çıxarılmış külli miqdarda vəsaiti geri qaytarmağa nail olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə məsələ ölkənin Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

Qanunsuz yolla əldə olunmuş aktivlərin geri qaytarılması üzrə yaradılmış xüsusi komissiyanın təqdim etdiyi məlumata əsasən, ötən il ərzində dövlətə ümumilikdə 610 milyard təngə – təxminən 1,1 milyard ABŞ dolları dəyərində aktiv qaytarılıb.

Bu məbləğin əsas hissəsi – 506 milyard təngəsi pul vəsaiti, qalan hissəsi isə daşınar və daşınmaz əmlakdan ibarət olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.