“ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ

Bu gün, 00:02           
 “ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ
“Əli Mirəliyevin efirdə çıxıb haqqımda danışmağı qətiyyən xoşuma gəlmədi. Tamaşaçıya Firuzə İbadovanın necə yaşaması, nə yeməsi, nə qazanıb-itirməsinin heç bir aidiyyatı yoxdur! Tamaşaçı hər zaman məni ifama görə alqışlayıb, sevib! Tamaşaçının nəyinə lazımdır ki, boş-boş söhbətlərlə onun qanını qaraldaq? Əli Mirəliyev çıxıb efirdə deyir ki, Firuzənin başına nə gəldisə ağılsızlığından gəldi! Xeyr, Firuzə çox ağıllı qadındır! Ağılsız insan deyil! Mən 50-60 toyu birdən qaytarıb qastrollara getmişəm. Əli bunu deməli idi. Axı Əli Mirəliyev məni hamıdan yaxşı tanıyır. Əli Mirəliyev aparıcıya deməli idi ki, Firuzə İbadova çox ağıllı insandır, Azərbaycan musiqisinə qulluq edib və hər kəsdən də çox işləyib. Heç kim xaricə getməyəndə Firuzə İbadova bəlkə də gənclərin içində rekord vurmuşdu. Müxtəlif ansambıllarla, ən əsası da Rəşid Behbudovun Mahnı Teatrı ilə qastrol səfərlərinə gedib. Niyə Firuzə İbadovanı toyla gündəmə gətirirlər? O həmin Əli Mirəliyevdir ki, mənim ifalarıma ağlayıb və ağlayır da. Çünki Əli Mirəliyev də savadlı insandır, bəstəkarlarımızı, şairlərimizi tanıyır. Mənimlə “Dan Ulduzu” ansambılında da işləyib”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra əlavə edib:

“Efirdə durub deyir ki, ağılsızlığından, başının boşluğundan olub.. Anasına baxıb, ailəsinə baxıb. İnsan anasına baxmaz? Nə bilim, bəlkə onlar analarına baxmayıblar? Əgər anam məni böyüdübsə, təhsil veribsə, boy-buxunuma baxıb sevinibsə, şad günlərimdə yanımda olubsa mən onu saxlamamalı idim?! Sən məni niyə ayağa verirsən? Bu söz məni çox narahat etdi. Bəlkə də ürəyi yanıb deyib, amma bu kobud səsləndi. Milyonların qarşısında deməyi heç düzgün olmadı. İnsanlar bunu yüz yerə yoza bilərlər! Mənim özümə zəng edib deyərdin! Biz axı sənin ailənlə tez-tez danışırıq, musiqiləri bölüşürük! Deyir ki, toylara gedib yaxınlarını yedirdib. Mən bəyəm toy müğənnisi olmuşam? Sözsüz ki, müğənnilər toya gedib dolanıblar. Zeynəb Xanlarovadan başqa hamı toya gedib. Bu gün də gedirlər. Mən şəxsən sevinirəm. Güzəranları yaxşı olsun. Mən konsertə biletlərin satışı ilə rekord vuran müğənni olmuşam. Firuzə İbadova toylardan pul qazanmayıb. Sənətini göstərməyə gedib. Aldığım qonorarın miqdarını heç açıqlamaq istəmirəm. Mənə gülərlər.. O pulla sən ancaq bir həftə dolana bilərdin. 100-200 manatı necə günə xərcləyə bilərdim? Mən xalqımızı heç vaxt məcbur etməmişəm ki, bu qiymətə gələcəm. Elə toylar olub ki, heç pul götürməmişəm. Bunu deməzlər, bu Allahla mənim aramda olan bir sirdir. Məcburiyyətdən deyirəm! Müğənni özünə qiymət qoymaz. Mən bu sənətə gələndə düşünməmişəm ki, milyonlarım, maşınlarım, evlərim olacaq. Mən Azərbaycan musiqi mədəniyyətinə qulluq etmişəm, hazırda da tələbələrimizi öyrədirəm. Şəxsən Əli Mirəliyevin efirdə ünvanıma işlətdiyi həmin ifadə məni çox küsdürdü. Onsuz da mənə zərbələr dəyib də.. Mən o verilişdə yoxam. Niyə haqqımda söhbət getməlidir? Məni sevən insanlar verilişdən sonra yığıb dedilər ki, bəs sizə ev bağışlayırıq, niyə getmirsiz? Xeyr! Mən ev, pul davası etmirəm. Mənim dövlətimin qayğısına ehtiyacım var, insanların qayğısına yox. Mən bu gün toya getməsəm də balalarımı qanadımın altına alıb saxlayıram. Heç kimdən heç nə ummadan, istəmədən. Çünki mən güclü qadınam. Adım Firuzədir, mənası da çox böyükdür. Biz bir sənətin adamlarıyıq, olmaz belə etmək” deyə sənətkar bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.