Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERƏCƏK - AÇIQLAMA
Bu gün, 08:26
Həbsxanda xərçəng diaqnozu qoyulan tanınmış jurnalist Əvəz Zeynallənən vaxtından əvvəl cəzadan azad olunması üçün məhkəməyə müraciət edilib.
Bu barədə Gununsesi.info-ya vəkil Rəşad Vaqifoğlu deyib:
“Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni həmkarım Fəxrəddin Mehdiyev ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik.
Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
Həmçinin “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”na “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də aiddir.
Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər”.