Bolonyada “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib

9-04-2025, 17:59           
Bolonyada “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının  təqdimatı keçirilib
İtaliyanın Bolonya şəhərində dünyanın ən əhəmiyyətli kitab sərgilərindən biri keçirilib. 62-ci dəfə keçirilən bu beynəlxalq sərgidə ölkəmiz xüsusi stendlə təmsil olunub.
Sərgi günlərində Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı da keçirilib. Sərginin işində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qonaqlara kitabı təqdim edərək iştirakçılara kitab haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, bu kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əksini tapıb. Kitab 10 xarici dilə tərcümə edilib və bir sıra xarici dövlətlərdə təqdimatı keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru