Reuters Putinlə bağlı daşınmaz əmlakdan yazıb
1-04-2016, 00:12
Reuters agentliyi Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan Arkadi Rotenberqin tərəfdaşı Griqori Baevski barədə material dərc edib. agentliyin məlumatına görə, Baevski Putinlə bağlı olan bir neçə qadına daşınmaz əmlak verib.
Sankt-Peterburqdan olan 47 yaşlı iş adamının daşınmaz əmlakını bağışladığı qadınlar arasında Putinin kiçik qızı Katerina Tixonova, Dumanın keçmiş deputatı Alina Kabayevanın iki qadın qohumu və Putinin ad günü üçün hazırlanan təqvimdə təsvir olunan tələbə Alisa Xarçeva də var.
Agentliyin məlumatına görə, söhbət Moskvanın və Moskva vilayətinin elit komplekslərindəki daşınmaz əmlak obyektlərdən gedir.
Açıq mənbələrə istinad edən agentlik Baevskinin bu üç qadına öz əmlakının satdığını yaxud verdiyini yazır. Bir halda isə Katerina Tixonova Baevskiyə məxsus evi yeni şirkəti təsis edərkən öz mənzili kimi göstərib.
Məlumata görə, Baevskinin sahibi olduğu şirkətlər son iki ildə azı 89 milyon dollarlıq dövlət tikinti müqavilələri imzalayıb.
azadlıq.info