Ermənistan İrana dost görünsədə İsrailin əlinə işləyir?

Bu gün, 07:34           
Ermənistan İrana dost görünsədə İsrailin əlinə işləyir?
Demək İranla İsrail müharibə aparır. Bir-birilərinə ağır zərbələr endirir. Ermənistan tərəfi də dünyanın hər hansı yerində nəsə baş versə, orda Azərbaycanı hədəf göstərməyə çalışır, nələrsə düzüb-qoşur. Nə yalan deyim, əvvəllər Ermənistanın informasiya müharibəsi maşını daha güclü işləyirdi. Son zamanlar sadəcə olaraq arqument olmadan, bir qədər də şər atmağa oxşayan formada davam edir.
Azərbaycan mediasını da izləyirəm. Ermənistan tərəfindən fərqli olaraq dəyişməmişik. Ancaq təkzib etməklə məşğuluq.
İran İsrail toqquşması fonunda Ermənistan tərəfi və İrandan olan bəzi "dölbeyinlər" iddia edir ki, İsrail Azərbaycan ərazisindən istifadə edib. Detalarına varmadan deyəcəm ki, İran rəsmi olaraq bu şübhələrlə dəfələrlə Azərbaycana müraciət edib, hər dəfəsində də şərait yaradılıb, suyu süzülə-süzülə gediblər.
Xatırlayanlar olacaq. Ermənistan Fransadan GM200 radarlarını alanda yazırdım ki, bu radarar təkcə Azərbaycan üçün nəzərdə tutulmayıb. GM200 radarları 250 km radiusa müşahidə edə bilir. Bu radarlar vasitəsi ilə Ermənistana o radarları verənlər həm İranın, həm də Türkiyəninin müəyyən istiqamətini izləyə bilərlər. Son baş verənlər, xüsusilə Ermənistan İran sərhədinə yaxın ərazilərin dəqiq vurulması onu deməyə əsas verir ki, bu radarlar aktivləşdirlib və İsrailin döyüş təyyarələrinin yoluna "işıq tutur". Radarların texnki xüsusiyyətləri barədə yazmaq istəmirəm. Maraqlananlar araşdırıb oxusun, onda daha yaxşı yaddaşda qalır. Bundan əlavə Ermənistan İran sərhədində Avropa İttifaqının nümayəndələri də peyda olub. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni İran tərəfinin diqqətinə çatdırmalıdır. Bundan əlavə İran tərəfi də toqquşmadan sonra bu məsələnin üzərinə gəlməlidir.
Səxavət Məmməd
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.