VİDEO: "Bilet pulu tapan ölkədən qaçsın" - Ermənistanda üsyan
4-04-2016, 22:29
Aprelin 2-nə keçən gecə cəbhə xəttində Azərbaycan ordusunun düşmənin təxribatına verdiyi layiqli cavab Ermənistanda vəziyyəti daha da gərginləşdirib. Ermənilər sosial şəbəkələrdə hökümətə üsyan edərək, Müdafiə Nazirliyindən itkilərin sayınının açıqlanmasını tələb edirlər. Onlar sosial şəbəkələrdə, ''bilet pulu tapan ölkədən qaçsın'', ''bizim övladlarımız niyə Qarabağda ölməlidir?'' kimi statuslar paylaşaraq əhalini ayağa qalxmağa səsləyirlər.
Biri, Müdafiə Nazirliyindən itkilərin real sayını açıqlamağı tələb edir, digəri isə əsgər analarını oğullarının ölməsinə görə susmamağa çağırır.
Yüzlərlə belə çağırışla ermənilər sosial şəbəkələrdə belə çıxış edib. Aprelin 2-nə keçən gecə cəbhə xəttində, Azərbaycan ordusunun düşmənin təxribatına verdiyi cavab Ermənistanda gərginliyi daha da artırıb.
Ermənilər sosial şəbəkələrdə Sarkisyandan qanlı döyüşlərdə ölən və yaralanan əsgərlərin sayının açıqlanmasını tələb edirlər. Feysbukda ''Bilet pulu tapan gənclər ölkədən qaçsın''.''Bizim övladımız niyə Qarabağda ölməlidir?'' tipli statusları hər bir erməninin profilində görmək mümkündür.
Ermənistan tərəfi rəsmi olaraq itkiləri azaltsa da vətəndaşlar buna üsyan edir. Onlar Ermənistan rəhbərliyinin ölkədə aiotaj yaratmamaq üçün itkiləri bilərəkdən az göstərdiklərini bildirirlər.
Tarix İnsitutunun böyük elmi işçisi, erməni dili üzrə mütəxəssis Nazim Mustafa ermənilərin sosial şəbəkələrdə paylaşdıqları statusları tərcümə edib. Bunun əsasında o, Ermənistanda xaos yaşandığını və döyüşlərdə 150-dən çox hərbçinin öldüyünü deyir.
Hətta ermənilər ölən əsgərlərinin şəkillərini və videolarını paylaşaraq, narazılıq əlaməti olaraq insanları meydanlara və küçələrə çıxmağa da səsləyirlər.
Nazim Mustafa paylaşılan statusları tərcümə edərkən daha bir neçə maraqlı faktları da aşkar edib.xəzərxəbər/
[media=https://www.youtube.com/watch?v=dHYL38y84Qg]