Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO

28-11-2024, 12:50           
Bakıda marketdə ŞOK GÖRÜNTÜ:
Sosial şəbəkələrdə Bakıda marketlərin birində pişiyin ət məhsullarının üstündə gəzdiyi əks olunan video yayılıb. Sözügedən görüntülərin harada çəkildiyi məlum deyil. Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik.

Agentlikdən Lent.az-a verilən açıqlamada sosial şəbəkədə yayılan görüntünün qurum tərəfindən nəzarətə götürüldüyü bildirilib:

“Məsələ AQTA-nın Bakı regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək”.

“İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər”, - deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru