Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq

28-11-2024, 12:59           
Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq
İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, gələn il 4 və 5 dekabr şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl – 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar qeyri-iş günü olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru