ETRUSK ƏQRABALAR FİLTRLİ SİQARET ÇƏKİRDİLƏR

28-11-2024, 15:04           
ETRUSK ƏQRABALAR FİLTRLİ SİQARET ÇƏKİRDİLƏR
Ər və arvadın məzarlarına qoyulmuş sanduqənin - sarkofaqın üstündəki heykəlləri sanduqənin qapağının ön səthinə cızılmış yazı ilə müşaiyət olunur. Və qadının niyə uzun müştüyə geydirilmiş siqaretlə verildiyini izah edir gələcəyə. Bu, yalnız türkücə deşifrə olunur və belə oxunur:
Yazı: TİLVE GUGİVEMNAİSMF[ESE] : UF SUFA İLE
Model: TİLVE GUGIVE MNAZİMESE UF SUFA İLE
DİLİVƏ, GÜG[S]İVE MÜNAZİMESE, UF SUFA İLƏ
Lüğət:
TİLVE - DİLİVƏ – dil – sənin dilinə - dil sözü kökün əsasıdır;
GUGİVE - bu, güc sözünün yönlük forması – gücünə deyil. Bu, GÜG[S]İVE - köksüvə, yəni sinəvə olmalıdır. Sarkofaq üstündəki abidədə söhbət siqaretin ziyanından gedir. Siqaret dartanda içəri çəkilən tüstü isə ilk növbədə traxeyaya, bronxlara və ağciyərlərə - hamısı bir yerdə KÖKSƏ - SİNƏYƏ kar edir.
MNAZİMESE – mütləq M[Ü]NHASİF`dir. Münhasif işığın tutulmasıdır. Xüsusən Ayın tutulması. Güzgüdə münhasifsə kimi getməliydi - tutulması – yəni güg[s]üve münhasife - köksün tutulubsa;
SUFA – SOF – yun, yun parça, anqor keçisinin yunundan çəkilən nazik ip.
UF – ÜF – ÜFLƏMƏK, PÜFLƏMƏK – siqaret çəkmə boyu tüstünü içəri - köksə çəkib, qalın duman halında çölə üfürmək;
İLƏ - bağlayıcı.
Ər daima siqaret çəkən arvadına məsləhət verir:
DİLİVƏ, GÖG[S]ÜVƏ MÜNHASİFSƏ, UF (ÜF, ÇƏK) SUFA İLƏ.
ƏGƏR SİQARET DİLİNİ VƏ KÖKSÜNÜ QURUM İLƏ TUTURSA, QARALDIRSA, ONU SOFA (YUN) İLƏ UF (ÜFLƏ-PÜFLƏ, ÇƏK).
***
Yadınızdadırsa, bəşəriyyət yalnız 20-ci əsrin ortalarından sonra icad edilmiş filtrli siqaretləri çəkməyə başladı. Fəqət, göründüyü kimi, şəkildə yazılan u cür zərəri azaldacaq siqaretləri bizim Türkiyədən İtaliyaya getmiş Etrusk əqrabalar hələ 2500 il bundan qabaq icad etmişimişlər. Və yəqin ondan da çox-çox qabaq.
***
QEYD: Bu barədə canlı adamların deyil, məzarları üstündə heykəlcikləri yonulmuş ər və arvadın danışması ondan xəbər verir ki, siqaret onu ömrü boyu, dayanmadan üf edən (püfləyən) qadının ölümünə bais element olub. Əri anun adından bu dünyadakılara tövsiyə göndərir:
Ey insanlar : Arvadımı məhv edən siqaret üf edənsinizsə, onu uzun müştüklə çəkin və müştüyün içinə mütləq sof (yun) doldurun.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.