Ermənilər yenə itkilərini açıqladılar – 50 ölü

6-04-2016, 15:37           
Ermənilər yenə itkilərini açıqladılar – 50 ölü
Ermənilər aprel ayının 2-dən başlayaraq təmas xəttində baş verən döyüşlərdəki itkilərini yavaş-yavaş üzə çıxarmağa başlayıblar. Ötən gün axşama qədər 29 itki verdiyini iddia edən Ermənistan tərəfi bu gün bu rəqəmi artırıb.

Qondarma Dağlıq Qarabağ rejiminin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf edib: “Döyüşlərdə texnika cəhətdəndə böyük itkilər oldu. 14 tank itirmişik. Dörd gün əzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur”.

Ötən gün cəbhə xəttindəki son döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 29 hərbçisinin öldüyü deyilirdi. (7 zabit, 22 çavuş və müqaviləli hərbçilər və əsgərlər), 101 hərbçi isə (20 zabit, 81 çavuş və müqaviləli hərbçilər və əsgərlər) yaralanmışdı. Həmçinin bildirilir ki, itkin düşən hərbçilərin sayı 28 nəfərdir.


Aprel ayının 4-də isə separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 hərbçinin öldüyünü iddia edirdi.

O, cəbhə xəttində başlayan döyüş əmliyyatları nəticəsində Azərbaycanın önəmli yüksəkliləri də ələ keçirməsini etiraf edib. “Bu üç yüksəklik cənub istiqamətində olan məntəqələrdir.

Yüksəkliklər İranla sərhəddə yerləşirlər və kifayət qədər önəmli məntəqələrdir. Separatçı rejimin nümayəndəsi iddia e dib ki, əgər ötən gün razılıq ldə edilmsə ermənilər onları geri qaytara bilərdilər. (ANS PRESS)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.