İranın dar ağaclarından cansız bədənləri sallanan azərbaycanlı oğul və qızlarımız...

Bu gün, 12:18           
İranın dar ağaclarından  cansız bədənləri sallanan azərbaycanlı oğul və qızlarımız...
Kimin evində dava olmur ki, ata-ana dalaşmır ki... Bu sətirləri ona görə yazıram ki, oxuyanlar deməsin ki, atası və anası dalaşırlarmış. Çünki bu gün hamı fb səhifəsində ailəsini və özünü süddən çıxmış ağ qaşıq kimi göstərir.
Anam şiə, atam sünni sayırdı özünü... Atam çox oxumuş, dini və ədəbi biliklərə malik insan idi. Ömrünün sonuna qədər kitablar oxudu. Anam isə üç sinif təhsil almışdı. Müdrik qadın idi, tərbiyəli qadın idi. Ancaq atamla heç olmazsa ayda bir dəfə sözləri düz gəlmirdi. necə deyərlər ərlə arvadın savaşı, yaz yağışı...
Anam nəyəsə and içəndə, deyərdi ki, "Əbəlfəzl Abbasın" sınmış qollarına and olsun... Və yaxud da, atama hirslənəndə deyərdi ki, Əbəlfəzlabbasın qolları əlini qırsın...
Atam da hirslənib deyirdi ki, ay arvad sənə deməmişəm ki, mənimlə dalaşanda ölmüş qohum-əqrabanı köməyə çağırma...
... Atam rəhmətə gedəndən bir neçə il sonra bir dəfə evə gələndə gördüm ki, anam ağlayır... Soruşdum ki, ay mama, nə olub, niyə ağlayırsan...?! Dedi ki, bu gün imamın 7-sidir. İndi də mən hirsləndim. Dedim ay mama, öz atanın qəbrinin üstünə axırıncı dəfə nə vaxt getmisən? Dedi heç yadımda deyil... Dedim ay arvad... ağlayırsan atam üçün ağla, atan üçün ağla... öz ölənlərimizi ağla...
O vaxt anam da elə bil ki, yuxudan ayıldı...
Sonralar daha məhərrəmlik ayı gələndə anam ağlamırdı...
Sadəcə halva bişirib, qonum-qonşuya paylayırdı, yetim sevindirirdi...
100 illərdir İranın fars rejiminin nağıllarına alət olmuşuq. Fars-molla rejimi uzun illərdir ki, "Azərbaycan" deyənləri zindanlarda çürütdü, dar ağaclarından asdı... Əsil imam, lider, xatirələri xatırlanıb ağlanılası qəhrəmanlar onlardır. Biz onları unutmamalıyıq.... İranın dar ağaclarından cansız bədənləri sallanan azərbaycanlı oğul və qızlarımız...
Yadda qalan ölənlərimizə rəhmət oxuyub, xatirələrini yad etmək bəs edir axı...
Həsən və Hüseyn əmioğlanları bir-biri ilə hakimiyyət üsütndə vuruşub, bir-birini qanlarına qəltan etdilər...
Bax elə bugünkü kimi... əslində İsraildəkilər də, İrandakı farslar da oxşar dildə danışırlar. Fərq ondadır ki, İran fars rejimi nağıl dövləti, köhnələri ağlamaq dövlətini şaxələndirdi... Yaşayn insanların azadlığını aldı əlindən... 1979-cu ildən bu yana hamını qara paltara bürüdü...
Ya Tanrı dediyimiz, Ya Allah dediyimiz insana edilən zülmü görəndir. Onların düzəni "Qaytar dünyadır" .
Kaş ki, fars rejiminin idealistləri və oyunçu hakimlərini elə ötən ilin may ayındakı təyyarə qəzasında olduğu kimi dənləyib aparaydı müharibəni başladanlar...
Kaş ki, günahsız insanlar qırılmayaydı, evsiz-eşiksiz qalmayaydı... Bayaq gördüyüm bir mənzərə ürəyimi param-parça etdi: başı qara örtüklü qadınlar qollarında uşaqları, çemodanları Pakistan sərhəd məntəqəsindən qulyabanı kimi keçmək istəyirlər... Yazıq adi insanlar... müharibələri böyük güclər varlanmaq, hakim olmaq üçün aparır, adi insanlar isə müharibənin qurbanlarıdırlar...
İndi o Əbəlfəz Abbas da... , ya Həsən də, ya hüseyn də dada çatmır...
Həmişə deyirdim ki, İran viran olsun. Çünki İran bizim savaşımızda düşmənimizə qucaq açdı, bizim əksizmizə təbliğat apardı... Əsil üzünü göstərdi...
Ancaq Azərbaycan bu gün İrandan gələn hər kəsə qollarını açıb, qardaş kimi qəbul edir.
Tanrı İranı Turan etsin. Azərbaycanlılarımız Cənubi Azərbaycanın azad yiyəsi olsunlar.
Bir uçaydım o çırpınan yelinən,
Qovuşaydım uzaq düşən el inən,
Bir görəydim ayrılğı kim saldı,
Təbrizimdə kim qırıldı, kim qaldı...
...Çox ağır günlər keçiririk. Elə bilirəm ki, yenə 2020-ci ilin payızıdır. O pyaızda Zəfər qoxusu var idi... Bu yayın qan qoxusu adamı dəli edir...
Arazın suları durulmadı heç,
Göz yaşı tökməkdən yorulmadım heç..
Gəl bacım-qardaşım Xudafərindən keç,
Dilimdə həm ahdI. nalədi Təbriz...
Аида Эйвазова
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.