"LAKE CITY" MTK-ya milyonlarla manatlıq vergi borcu və cərimə tətbiq edilib

17-06-2025, 12:20           
"LAKE CITY" MTK-ya milyonlarla manatlıq vergi borcu və cərimə tətbiq edilib
"LAKE CITY" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı səyyar vergi yoxlamalarının nəticəsi olaraq böyük məbləğdə əlavə vergi və maliyyə sanksiyası hesablanıb.

32gun.az xəbər verir ki, Səyyar vergi yoxlaması əsasında qəbul edilən qərara əsasən, MTK-ya 4 334 342,73 manat əlavə vergi, 2 167 291,37 manat isə maliyyə sanksiyası tətbiq olunub.

Şirkətin qanuni təmsilçisi Qurban Xudaverdiyev Əli oğludur. Nizamnamə kapitalı cəmi 320 manat olan MTK-ya qarşı bu məbləğdə maliyyə öhdəliyinin yaranması diqqət çəkir.

Qeyd edək ki, məşhur Zümrüd Residence, Bakı Bağları, Azadlıq Bağçalı və Mayak Residence layihələri məhz "LAKE CITY" MTK-ya məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru