Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) heç bir yardım almayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında hərbi jurnalist Mixail Xodarenok söyləyib. Onun sözlərinə görə, hazırkı dövrdə KTMT-yə ciddi təşkilat kimi baxmaq lazım deyil:
“Qarabağ probleminin sülh yolu ilə heç bir həlli mümkün deyil. Ona görə ki, tərəflərin mövqeləri diametral qayda da ayrılır. Ermənistana KTMT-dən heç bir yardım edilməyəcək. Buna ümid olmaq siyasi romantizm deməkdir”.