Albaniya parlamentinin spikerindən İrəvana ÇAĞIRIŞ - “Dağlıq Qarabağı dərhal tərk edin”

6-04-2016, 19:13           
Albaniya parlamentinin spikerindən İrəvana ÇAĞIRIŞ - “Dağlıq Qarabağı dərhal tərk edin”
Albaniya parlamentinin spikeri Ilir Rexhep Meta Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması üçün hərbi təxribata əl atması ilə bağlı müraciətinə cavab olaraq açıqlama verib.

AAC-dan APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, Albaniya regionun dondurulmuş münaqişəsi olan Dağlıq Qarabağ ətrafında cərəyan edən sonuncu böhran zamanı zorakılığın artması, mülki obyektlərin dağıdılması və insan itkilərinin baş verməsi ilə bağlı narahatçılıq keçirir: “Biz beynəlxalq ictimaiyyətin səylərini, atəşkəs rejiminin dərhal bərpası çağırışlarını, vəziyyətin de-eskalasiyası və mülki əhalinin müdafiə edilməsini dəstəkləyirik. Beynəlxalq hüquq və qaydalara üstünlük verilməli, tərəflər BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının qətnamələrini əldə rəhbər tutaraq, münaqişənin hərtərəfli, yekun və davamlı həlli üçün danışıqlara başlamalıdırlar. Bu tam aydın olan, həm Avropa İttifaqı, həm də ATƏT tərəfindən qəbul edilən prinsiplər münaqişənin həlli üçün əsas olmalıdır”.

Açıqlamada qeyd olunub ki, bu akt və prinsiplərə əsasən Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və ATƏT-in Minsk qrupu bütün tərəfləri danışıqlara cəlb etmək və münaqişənin həlli yollarının tapılmasına yardım etmək üçün düzgün platformadır. Albaniya inanır ki, ərazi bütövlüyü prinsipi müasir dövlətlərarası münasibətlərin tənzimlənməsində başlıca nizam vasitəsidir. Bura həmçinin işğalın və əhalinin öz torpağından sıxışdırılmasının pislənməsi də daxildir: “Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Tamamilə uyğundur ki, beynəlxalq ictimaiyyət müvafiq imkanlar yaranan kimi məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaydada qayıtmasına səylərini artırsın. İstənilən təcavüz dayandırılmalı və qarşısı alınmalıdır. Əks təqdirdə onun nəticələri dağıdıcı ola bilər. Xüsusilə, günahsız mülki vətəndaşların həyatlarını müdafiə etmək lazımdır”.

Spikerin fikrincə, Yaxın Şərq, Balkanlar və Avropada baş verən hazırkı qaçqın böhranı münaqişələrin vaxtında qarşısının alınmamasının pis nümunəsidir. Bu, beynəlxalq əməkdaşlığın əsas hədəfi olmalıdır: “Əks halda biz dağıdıcı müharibənin qonşuluğunda yerləşən mürəkkəb regionda vəziyyətin pisləşməsi ilə risk edirik ki, burada sülh, stabillik və qlobal iqtisadiyyat üçün nəticələrin kəskin pisləşməsi potensialı böyükdür. Azərbaycan, regiondakı sülh və stabillik Albaniya, Balkanlar və Avropa üçün çox vacibdir. Enerji diversifikasiyası, enerji təhlükəsizliyi layihələri və “Cənub Qaz Dəhlizi”nin gələcəyi çox önəmlidir və daha bir münaqişə tərəfindən təhlükə altına qoyulmamalıdır.

Azərbaycan düzgün istiqamətdə ilk addımı atıb. Bu Azərbaycanın sülhə sədaqətini nümayiş etdirir və əks tərəfdən də müvafiq cavabı gözləyir. Buna görə də, biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.