Merkeldən Sərkisyana: “Türkiyə Azərbaycana görə...”
6-04-2016, 21:23
Azərbaycanla müharibə şəraitində olan Ermənistanın Türkiyə ilə yaxınlaşması mümkün deyil.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Ermənistan Prezidenti Serj Sərkisyanla görüşü zamanı deyib.
“1915-ci il olayları ilə bağlı Almaniya Bundestaqında səsvermə keçiriləcək. Türkiyə tərəfinin də bunu yaxından izləyəcəyinə əminəm. Bu gün məsələ ilə bağlı daha artıq danışa bilmərəm. Hazırda Türkiyə-Ermənistan münasibətlərinin aktiv frazaya keçirilməsi mümkün deyil. Çünki Ermənistan Türkiyə ilə qardaş ölkə Azərbaycanla aktiv müharibə şəraitindədir”, - Merkel vurğulayıb.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan hazırda Almaniyanın paytaxtı Berlində səfərdədir.