NATO baş katibindən Rusiyaya xəbərdarlıq:"Bu qəbuledilməzdir"

7-04-2016, 10:16           
NATO baş katibindən Rusiyaya xəbərdarlıq:"Bu qəbuledilməzdir"
Rusiya sərhədləri ətrafında öz təsir dairəsini bərpa etməyə çalışır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Rusiya sərhədləri ətrafında təsir dairəsini bərpa etməyə çalışır. Bu qəbuledilməzdir, çünki bu beynəlxalq norma və dövlətlərin ərazi bütövlüyünü pozur”, – deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, Suriyada rəsmi Moskvanın əsas məqsədi prezident Bəşər Əsədi müdafiə etməkdir: “Bu məqsədlə ruslar orada qoşun yerləşdiriblər. Hərbi kontingentin azaldılmasına baxmayaraq, Rusiya öz hərbi iştirakını Suriyada saxlayır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.