Makedoniya şokda! Prezidentin ofisinə hücum etdilər - fotolar
14-04-2016, 12:52
Paytaxt Skopyedə küçələrə çıxan nümayişçilər, prezident G. İvanovun istefasını istəyən şüarlar səsləndiriblər. Etirazçılar prezidentin ofisinin şüşələrini qıraraq mebelləri yandırıblar. Etiraz nümayişlərinin ikinci günündə 12 nəfər nəzarətə götürülüb. Axşam saatlarında ilk olaraq Xüsusi Səlahiyyətli Prokurorluq binası qarşısında toplanan minlərlə nümayişçi, buradan Prezidentliyə tabe ofisin önünə gediblər. Ofisdəki sənəd və bəzi əşyaları çölə çıxaran nümayişçilər, binadan çıxardıqlarını yandırmağa başlayıblar. Ardından Ədliyyə Nazirliyi binasına yönələn nümayişçilər binanın şüşələrini qırıblar. Ədliyyə Nazirliyi önündəki hadisələrin ardından iqtidardakı Daxili Makedon İnqilabçı Təşkilatı-Makedoniyanın Milli Birliyi Demokratik Partiyası (VMRO-DPMNE) Ümumi Mərkəzinə doğru irəliləyən nümayişçilər burada polis maneəsi ilə qarşılaşıb. Çox sayda yaralı və nəzarətə götürülənlər var.