İran İsrailin hava hücumundan müdafiə sistemini sındırdığını açıqlayıb

17-06-2025, 11:18           
İran İsrailin hava hücumundan müdafiə sistemini sındırdığını açıqlayıb
İran alimləri və IT mütəxəssisləri İsrailin hava hücumundan müdafiə sistemini sındırmağa nail olublar və indi İranın ballistik və hipersəs raketləri hədəfləri vura bilir.

Oxu.Az xəbər verir ki, bu barədə Belarusun STV telekanalına müsahibəsində İranın Minskdəki səfiri Əlirza Sanei bildirib.

"Alimlərimiz, İT mütəxəssislərimiz İsrailin hava hücumundan müdafiə sistemini sındırmağı bacarıblar. Bilirsiniz ki, onların hava hücumundan müdafiə sistemi bir neçə təbəqədən ibarətdir. Bura "Dəmir günbəz" və ABŞ-nin təmin etdiyi qoruma daxildir. Amma bütün bu təbəqələrə baxmayaraq, raketlərimizin əksəriyyəti onların hədəflərini vurur", - o qeyd edib.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə növbəti raket zərbələri dalğası zamanı yeni üsuldan istifadə etdiyini bildirmişdi. Nəticədə İsrailin hava hücumundan müdafiə sistemləri bir-birinə hücum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru