Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib - Rusiya XİN

17-06-2025, 00:05           
 Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib -
Rusiya-ABŞ arasında növbəti məsləhətləşmələr raundu Vaşinqtonun təşəbbüsü ilə ləğv edilib.

“Report”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu gün hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması məqsədilə "qıcıq yaradan" məqamların aradan qaldırılması üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsində növbəti görüş amerikalı danışıqçıların təşəbbüsü ilə ləğv edilib", - o vurğulayıb.

M.Zaxarova həmçinin məsləhətləşmələrdəki fasilənin uzun sürməyəcəyinə ümid etdiyini bildirib: "Ümid edirik ki, Rusiya-ABŞ məsləhətləşmələrində fasilə çox uzun olmayacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru