İsrail: Yeni Baş Qərargah rəisini də öldürdük
Bu gün, 10:42

İsrailin nüvə silahı istehsalı və İranın cavabı zəminində İrana qarşı başlatdığı qarşıdurma 5-ci günündə də davam edir. İsrail İranın Baş Qərargah rəisi Əli Şadmaninin öldürüldüyünü iddia edib.
TEREF Halk TV-yə istinadən yazr ki, İsrailin İrana hücumundan sonra iki ölkə bir-birinə raketlər yağdırır. Səhər saatlarında İran İsrailə qarşı yeni raket dalğası atıb, Təbrizdə isə yeni partlayışlar qeydə alınıb.
Digər tərəfdən, İsrail ordusu İran Baş Qərargah rəisi Əli Şadmaninin öldürüldüyünü iddia edib.

İsrail ordusundan verilən açıqlamada, "İran rejiminin ən yüksək səviyyəli hərbi komandiri, müharibə dövründəki qərargah rəisi məhv edilib. Kəşfiyyat şöbəsinə dəqiq kəşfiyyat məlumatlarının çatması və gecə qəflətən yaranan fürsətdən sonra, Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Tehranın mərkəzindəki qərargahı bombalayıb, İranın Baş Qərargah rəisi, Əli Xameneiyə yaxınlığı ilə seçilən general Əli Şadmani öldürüb."
Hələlik İrandan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.