"Xamenei yatdığı otaqları tez-tez dəyişsin, çünki..." — İsraildən ölüm təhdidi

17-06-2025, 07:04           
"Xamenei yatdığı otaqları tez-tez dəyişsin, çünki..." —
İranın ali dini lideri Əli Xamenei rahat yaşamamalı və sağ qalmaq üçün gecələr yatdığı otaqları müntəzəm olaraq dəyişməlidir.

Demokrat.az xəbər verir ki, bunu CBS telekanalına adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib.

Adı açıqlanmayan İsrail rəsmisi bildirib ki, onlar prinsipcə siyasi liderlərə sui-qəsd təşkil etmirlər, bu baxımdan əsas diqqət nüvə və hərbi sahəyə məsul olan şəxslərə yönəlib.

Bununla belə o, İranın ali liderinin nüvə mövzusunda əsas qərar verənlərdən biri olduğuna diqqət çəkib.

Stat: “Məncə, İranın nüvə məsələsi ilə bağlı qərar verən heç kim rahat yatmamalıdır. Ona görə də Xameneiyə gecələr yataq otağını dəyişməyi tövsiyə edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru