Tünd şokolad ürəyə faydalıdır

17-06-2025, 09:08           
Tünd şokolad ürəyə faydalıdır
Şokolad çoxları üçün zərərli desert hesab olunur, amma istisnalar var.
Kardioloq İrina Berq “Medikforum” portalına açıqlamasında tünd şokoladın faydalarını vurğulayıb. Onun sözlərinə görə, 70 faizdən yüksək kakao tərkibli şokolad antioksidantlarla zəngindir. Bu maddələr damar divarlarını möhkəmləndirir və iltihabı azaldır. Berq bildirib ki, gündə 20-30 qram tünd şokolad ürək sağlamlığına müsbət təsir edə bilər. Tədqiqatlar göstərir ki, bu miqdarda istehlak qan təzyiqini azalda bilər. Lakin şəkər tərkibli və süd əsaslı şokoladlar bu effekti vermir.Tünd şokolad həm də stress hormonu olan kortizol səviyyəsini azalda bilər. Mütəxəssis qeyd edir ki, bu məhsul maddələr mübadiləsini sürətləndirən maqneziumla da zəngindir. Ancaq yüksək kalorili olduğu üçün miqdarına diqqət yetirilməlidir.Berq insanları "şokolad faydalıdır" deyə həddindən artıq istehlakdan çəkindirməyə çağırıb. Ən yaxşı seçim tərkibində az şəkər olan, tərkibi aydın göstərilən məhsullardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru