İran İsrailə yenidən raket atdı – Şimal bölgələrində həyəcan siqnalı

17-06-2025, 09:44           
İran İsrailə yenidən raket atdı –
İsrail ordusu İran tərəfindən növbəti raket hücumunun həyata keçirildiyini bildirib.

TEREF xəbər verir ki, bu barədə ordunun Mərbuat xidməti məlumat yayıb.

Məlumata görə, raketlərin qarşısını almaq üçün dərhal müdafiə sistemləri işə salınıb.

Ölkənin bir neçə bölgəsində hava hücumu siqnalı verilib, əhaliyə sığınacaqlara enmək göstərişi verilib. Ordunun məlumatına əsasən, bu dəfə İranın raket hücumunun əsas hədəfi İsrailin şimal bölgələri olub.

Hazırda raketlərin nə dərəcədə zərər verdiyi və onların müdafiə sistemləri tərəfindən tutulub-tutulmadığı barədə rəsmi məlumat verilməyib./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru