Putinə sual verən şəxs həbs edildi

15-04-2016, 00:30           
Putinə sual verən şəxs həbs edildi
Vostoçnı kosmodromunda inşaatçı işləyən Anton Tyurişev 5 sutka həbs cəzası alıb. Tyurişevin tanışlarının sözlərinə görə, o, aprelin 13-də saxlanılıb. Söhbət üçün polisə çağırılan inşaatçı daha sonra ictimai yerdə söyüş söyməkdə günahlandırılaraq saxlanılıb.
Həbsin əsl səbəbi isə Tyurişevin Putinə sual ünvanlamasının ildönümündə aksiya təşkil etmək niyyəti olub.
Qeyd edək ki, bir il əvvəl Tyurişevin də işlədiyi tikinti şirkətinin əməkdaşları Putinə müraciət edib. O özü isə canlı yayımda Putinə uzun müddətdir əmək haqqı ala bilmədiyini deyib. Ölkə başçısı məsələni nəzarətə götürəcəyini vəd etmişdi. Lakin bu günə qədər problem həllini tapmayıb.

azadlıq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.