Putin səhhətindən danışıb: Hər il iki gününü nəyə həsr edir?

16-06-2025, 17:34           
Putin səhhətindən danışıb: Hər il iki gününü nəyə həsr edir?
Rusiya Prezidenti Vladimir Putin hər il kompleks profilaktik tibbi müayinədən keçdiyini bildirib.

Bu barədə "Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubin məlumat yayıb.

Məlumata görə, Rusiya lideri Kremldə dövlət mükafatlarını təqdim edib və mərasimdən sonra laureatlardan biri olan oftalmoloq-cərrah Georgi Stolyarenko ilə söhbətləşib.


Prezidentlə söhbətində dövlət başçısının səhhətini müzakirə edən həkim vurğulayıb ki, "hətta ən yaxşı avtomobilə də texniki baxış lazımdır".

"Mütəmadi olaraq texniki baxışdan keçirəm. Hər il tam iki günümü buna həsr edirəm"- deyə Putin cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru