MOSKVADAN BATUMİYƏ UÇAN RUSİYA TƏYYARƏSİ HAVADA PARÇALANMAĞA BAŞLAYIB – FÖVQƏLADƏ ENİŞ

16-06-2025, 22:18           
MOSKVADAN BATUMİYƏ UÇAN RUSİYA TƏYYARƏSİ HAVADA PARÇALANMAĞA BAŞLAYIB –
Moskvadan Gürcüstanın Batumi şəhərinə uçan "Superjet-100" tipli sərnişin təyyarəsində uçuş zamanı texniki nasazlıq baş verib.

Musavat.com xəbər verir ki, təyyarə havaya qalxdıqdan sonra mühərrik hissəsində yerləşən kapot yerindən qoparaq havada parçalanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, təyyarə dərhal Vnukovo hava limanına geri qaytarılıb və təcili eniş həyata keçirilib.

Rusiya mətbuatının məlumatına görə, ekipaj vəziyyəti peşəkarcasına nəzarətdə saxlayıb və sərnişinlər arasında panika yaşanmayıb. Təyyarə endikdən sonra texniki müayinəyə alınıb və hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Hadisə "Superjet-100" modelinin istismarında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Ekspertlər oxşar halların son illərdə artdığını və texniki baxış proseslərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru