Ermənistan müharibə üçün qadınları səfərbər edir

16-04-2016, 11:16           
Ermənistan müharibə üçün qadınları səfərbər edir
Ermənistan hökuməti Azərbaycana qarşı hərbi əməliyyatların aparılması üçün könüllü qadınları səfərbər edir.

teref.az "Report"-a istinadən xəbər verir ki, bu barədə jurnalist Tiqran Perosyanın Almaniyanın "Tageszeitung" qəzetində dərc olunan reportajında deyilir.

Reportajda təqribən bir həftə əvvəl Ermənistanın paytaxtı İrəvanda yaşı 18-dən 30-a qədər olan 170 könüllü üçün hazırlıq kurslarının açıldığı, özü də onların böyük hissəsinin qızlar olduğu bildirilir.

"Qadınlar da orduda xidmət etməlidirlər”, – deyə kursların rəhbəri və məşqçisi Vova Vardanov bildirib və buna səbəb kimi ölkə əhalisinin sayının azalmasını göstərib.

Özü 50 yaşlı Dağlıq Qarabağ müharibəsi veteranı olan Vardanov Ermənistanda qadınların orduda xidmət etməli olduğunu təlqin edən İsveçrə və ya İsrail modelinin tətbiqinin tərəfdarıdır.

"Biz etiraf etməliyik ki, Azərbaycan Ermənistana nisbətdə daha müasir texnikaya sahibdir. Bizdə yalnız Sovet ordusundan qalanlardır”, – deyə orduda islahatların aparılması mövqeyindən çıxış edən Vardanov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.