Səudiyyə Ərəbistanı dolları “batırmaqla” ABŞ-ı təhdid edib.
Strateq.az xəbər verir ki, bu iddianı "New York Times” qəzeti irəli sürüb.
İddiaya görə, rəsmi Riyadı qəzəbləndirən ABŞ konqresinin 11 sentyabr hadisələrində Səudiyyə Ərəbistanının rolu olduğunu vurğulayan sənədin qəbul edilməsi ehtimalıdır. Sənəd qəbul olunarsa, krallıq məhkəməyə veriləcək. Səudiyyə Ərəbistanı isə belə olacağı təqdirdə, əlindəki 750 milyard dollar dəyərindəki FED-in istiqraz vərəqələrini satmaqla, ABŞ-ı təhdid edib.
Məlumata görə, kral Salmanın dollar təhdidi ehtiva edən mesajını ötən ay Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Zübeyr şəxsən ABŞ rəhbərliyinə çatdırıb.
İqtisadçılar Səudiyyə Ərəbistanının bu yolu tutacağına inanmır, bunun düşünüldüyü qədər asan olmadığını söyləyirlər.
Digər tərəfdən, krallığın bu həmləsindən əvvəl ABŞ-ın proflaktik addımlar atacağı, ölkədəki Səudiyyə Ərəbistanına aid mülkiyyətləri donduracağı ehtimalı var.