Ebru Gündeşin həyat yoldaşının həbsi ilə bağlı gözlənilməz iddia

11-05-2016, 23:08           

İran Parlamenti sui-istifadələri araşdırma komitəsinin üzvü Emir Abbas Sultani gözlənilməz iddia ilə çıxış edib.
teref.az axşam.az-a istinadən xəbər verir ki, o, Zərrabın daha öncədən hazırlanan plan əsasında, həbs olunacağını bilərək ABŞ-a getdiyini iddia edib. Sultani martın əvvəlində İranda edam cəzası alan Babek Zəncani ilə Zərrab arasındakı münasibətlərdən danışıb:

"Zərrab Türkiyədə qalmağa davam etsəydi, İran tərəfindən həbs ediləcəkdi. O, Zəncani işində əsas fiqurdur. ABŞ-a gedərək özünə etibarlı sığınacaq axtarır. Hazırda onun işlərini də araşdırırıq. Ankara ilə Tehran arasında münasbətlərin inkişaf etməsi onun xeyrinə deyildi. İran tərəfindən günahkar olduğu sübuta yetirildiyi an Türkiyə onu Tehrana verməli idi. İran ilə ABŞ arasında isə müttəhimlərin transferi müqaviləsi yoxdur.

Rza Zərrab hazırda Zəncani məsələsinin sonunu gözləyir. Zəncani edam edilərsə, ölümündən sonra Zərrab bəzi həqiqətləri inkar edə bilər. Onlar çox yaxın idilər, birlikdə 70-dən çox şirkət qurmuşdular. Zərrab dəfələrlə Zəncani ilə əlaqəsini inkar edib, amma münasibətlərinin olduğu çox açıqdır. O, Zəncaninin sirdaşı və əsas idarəçilərindən biri idi.

Qeyd edək ki, R.Zərrab martın 19-da Mayamidə həyat yoldaşı, müğənni Ebru Gündeşin və qızı Alaranın gözü qarşısında FBI tərəfindən saxlanılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.