Ben Ladenin oğlu müsəlmanlara səsləndi

12-05-2016, 00:31           

Bu sözləri məşhur “Əl-Qaidə”nin terrorçusu Usame Ben Ladenin oğlu Həmzə Ben Laden deyib.

“Fələstinin azadlığı üçün Suriya açar rolunu oynayır. İslam ordusu yalnız burada güclənə bilər. Fələstinin qurtuluşu üçün yol çox yaxındır. Bütün müsəlmanlar diqqətini Suriyada cəmləməli və mücahidlərə dəstək verməlidir”, - Ben Laden bildirib.

O, bütün dünyanın müsəlmanları parçalamağa çalışdığını da vurğulayıb:

“Müsəlmanları birləşdirən İslam dövlətinə ehtiyac var. Bu dövlət islam dünyası üçün böyük önəmə sahib olan Misir və Suriya ərazilərində qurulmalıdır”.

Qeyd edək ki, Həmzə Ben Ladenin bu sözlərini “Əl-Qaidə” terror qruplaşmasının təbliğat qolu “Əs-Sahab” yayıb.

İnterpress.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.