Ermənistan ordusunun rəhbərliyində - Həbslər

12-05-2016, 22:21           
Ermənistan ordusunun rəhbərliyində - Həbslər
Ermənistan ordusunun avtonəqliyyat xidmətinin rəisi, polkovnik David Abraamyan həbs edilib.

Məlumatda bildirilir ki, ölkənin İstintaq Komitəsinin rəsmisi Sona Truzyan Abraamyanın Komitənin Baş hərbi istintaq idarəsində araşdırılan cinayət işi çərçivəsində həbs olunduğunu deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan ordunun yüksək vəzifəli generallarını işdən qovmuşdu. Onlar Qarabağdakı məlum aprel müharibəsində məğlubiyyətə gətirib çıxarmış səhlənkarlığa və döyüşə lazımi hazırlıq görülməməsinə görə cəzalandırılıblar.

Yeri gəlmişkən, ekspertlər prosesin davamlı olacağını bildirirlər.


Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.