Şahzadə Çarlza sui-qəsdin üstü açıldı: 6 nəfər tutuldu

14-05-2015, 23:13           
Şahzadə Çarlza sui-qəsdin üstü açıldı: 6 nəfər tutulduİrlandiyanın Litrim qraflığında 6 nəfər saxlanılıb. Onlar Britaniya şahzadəsi Çarlza sui-qəsd planının hazırlanmasında şübhəli sayılırlar.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdə partlayıcı maddələr və silah aşkar edilib.

“The Daily Mirror” qəzetinin verdiyi məlumata görə, şübhəlilər mayın 19-22-də Çarlz və onun həyat yoldaşı Kamillaya səfər zamanı sui-qəsd edəcəklərmiş. Onların partlayıcı maddələri Laut və Ueksford qraflıqlarında, həmçinin Dublindəki gizli yerlərdə saxladıqları ehtimal edilir. Bu səbəbdən polis 20 müxtəlif məntəqədə axtarışlar aparıb.
Yerli polisin verdiyi məlumata görə, saxlanılan şəxslər İrlandiya Respublika Ordusu (İRA) qruplaşması ilə əlaqədə şübhəli bilinirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.