İran nüvə dövlətinə ÇEVRİLİR

6-04-2025, 12:18           
İran nüvə dövlətinə ÇEVRİLİR
Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NSYM) iştirakına yenidən baxılmalıdır.

Teleqraf xəbər verir ki, İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi belə deyib.

Ə.Naderi bildirib: “Gerçək zəmanətlər olmadan NSYM-yə üzvlüyün davam etdirilməsi nəinki İranın təhlükəsizliyinin təminatı deyil, həm də ölkənin müdafiə potensialının azalmasına gətirib çıxara bilər” .

İran deputatı əlavə edib ki, sözgedən razılaşma İranın təhlükəsizliyinə zəmanət verə bilməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Vaşinqton və Tehran nüvə proqramı ilə bağlı razılığa gəlməsə, İranı “görünməmiş bombardmanlarla” hədələmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru