ABŞ yeni nüvə hücum sualtı gəmisini istismara verib

Dünən, 12:34           
ABŞ yeni nüvə hücum sualtı gəmisini istismara verib
ABŞ "Virginia Block" IV sinif nüvə hücum sualtı qayığını istifadəyə verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətindən bildirilib.

Tədbir Konnektikut ştatındakı Nyu-London şəhərindəki hərbi-dəniz bazasında baş tutub. Bu sinif sualtı qayıqlar 12 "Tomaqavk" qanadlı raketləri ilə təchiz olunub.

Nüvə hücum sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. Onun maksimal dalma dərinliyi 240 metr, sürəti isə 25 düyündən(46 km/saat) çoxdur.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrində sözügedən sinifdən 23 hücum sualtı qayığı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.