Qorxulu anlar: Türkiyə təyyarəsini ildırım vurdu - FOTO

6-04-2025, 10:58           
Qorxulu anlar: Türkiyə təyyarəsini ildırım vurdu - FOTO
Əlverişsiz hava şəraiti səbəbindən Milas-Bodrum hava limanına eniş edə bilməyən Sabiha Gökçen-Bodrum reysi üzrə uçan "Pegasus" təyyarəsi Dalaman hava limanına yönləndirilib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, hava şəraiti yaxşılaşdıqdan sonra Bodrum uçuşunu tamamlamaq üçün Dalaman hava limanından qalxan təyyarəni bu dəfə ildırım vurub.

Təyyarə heç bir problem olmadan Bodrum hava limanına enişini tamamlayıb.

Texniki qrup ildırım vuran təyyarəyə baxış keçirərkən heç bir xoşagəlməz hal aşkar etməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru