Rayonlarda "DOST" filiallarının avadanlıqla təminatı eyni şirkətə verildi - TƏFƏRRÜAT

6-04-2025, 11:17           
Rayonlarda "DOST" filiallarının avadanlıqla təminatı eyni şirkətə verildi - TƏFƏRRÜAT
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) Tərtər və Neftçala rayonlarındakı DOST filialları üçün avadanlıq alınması məqsədilə iki ayrı tender keçirib. Maraqlısı odur ki, hər iki tenderin qalibi eyni şirkət olub.

"DİA-AZ" xəbər verir ki, tender məlumatlarına əsasən, Tərtər filialı üçün müxtəlif növ avadanlıqların alınması üzrə tenderin qalibi “Mac Constructıon” MMC olub. Bu satınalma üzrə müqavilənin dəyəri 497 min 551 manat 96 qəpik təşkil edir.

İkinci tender isə Neftçala DOST filialı üçün nəzərdə tutulub. Bu dəfə də qalib dəyişməyib – yenə də “Mac Constructıon” MMC. Lakin bu müqavilənin dəyəri daha yüksəkdir – 755 min 606 manat 19 qəpik.

Beləliklə, iki tenderin ümumi dəyəri 1 milyon 253 min manatdan çoxdur və bu məbləğin tamamı eyni şirkətə ötürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru