"Real Madrid" 30-cu turda "Valensiya"ya uduzub: Vinisius penaltidən fərqlənə bilməyib

6-04-2025, 11:59           
"Real Madrid" 30-cu turda "Valensiya"ya uduzub: Vinisius penaltidən fərqlənə bilməyib
İspaniya La Liqasının 30-cu turunun "Real Madrid" - "Valensiya" matçı başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, oyun İspaniyanın Madrid şəhərindəki "Santyaqo Bernabeu" stadionunda baş tutub.

Matç "Valensiya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Braziliyalı hücumçu Vinisius Junior penalti zərbəsini yerinə yetirə bilməyib. 15-ci dəqiqədə "Valensiya"nın müdafiəçisi Muktar Diaxabi komandasını hesabda irəli çıxarıb. 50-ci dəqiqədə Vinisius hesabda bərabərliyi bərpa edib. 90+5-ci dəqiqədə hücumçu Uqo Duro “Valensiya”nı önə keçirib – 2:1.

30 matçdan sonra "Real Madrid" 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Valensiya" isə 15-ci yerdədir. "Yarasalar"ın 34 xalı var. Birinci yerdə isə “Barselona” (66) qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru