DVX-nin texnoloji beyninin tenderlərdən qazancı 10 milyonu keçdi - DAHA BİR TENDER UDDU

Dünən, 11:48           
DVX-nin texnoloji beyninin tenderlərdən qazancı 10 milyonu keçdi - DAHA BİR TENDER UDDU
Dövlət Vergi Xidməti “2025-ci il üzrə AVİS2 6-cı mərhələsi(reliz 6)üzrə yeni platforma bazasında altsistemlər və modulların funksional bölmələrin analizi,proqramlaşdırılması və istifadəçilər üçün təlimat hazırlanması” tenderinin nəticələrini elan edib.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC (VÖEN: 9900050571) olub.

Qalib şirkətə 4 322 442 manat ödəniləcək.

Qeyd edək ki, “Cybernet” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil Əmirov Etibar oğludur. Hüquqi ünvanı AZ1154, Bakı Şəhəri Nərimanov Rayonu, İsmayıl Hidayətzadə, ev 11 ünvanında yerləşir.

Xatırladaq ki, “Cybernet” şirkəti bu il ərzində Dövlət Vergi Xidmətinin daha iki tenderinin qalibi olub. Şirkət 2025-ci ildə bu qurumun informasiya texnologiyaları sahəsində həyata keçirəcəyi mühüm layihələrə məsuliyyət daşıyacaq.

Belə ki, “Cybernet” 2025-ci il üzrə Dövlət Vergi Xidmətində istifadə olunan informasiya sistemlərində modulların, altmodulların və hesabat formalarının yaradılması, eləcə də onlarda dəyişikliklərin edilməsi ilə bağlı keçirilən tenderin qalibi seçilib. Bu layihənin dəyəri 2 milyon 360 min manat təşkil edir.

Şirkət həmçinin 2025-ci il üzrə AVİS-in (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) altsistemlərinə, elektron portala və məlumat bazalarına texniki xidmətin göstərilməsi üzrə tenderi də qazanıb. Bu çərçivədə “Cybernet” AVİS-in fasiləsiz və təhlükəsiz fəaliyyəti üçün lazım olan lisenziyaların, SSL sertifikatının və domen adının alınmasını da həyata keçirəcək. Bu tenderin ümumi məbləği isə 7 milyon 310 min 531 manat 22 qəpik olub.

Beləliklə, hər iki tender üzrə “Cybernet”in ümumi qazancı 9 milyon 670 min manatdan çox təşkil edir. Ümumilikdə isə şirkət 2025-ci ildə DVX-dən 13 milyon 992 min 974 manat dəyərinə sifariş qəbul edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.