Okeanda atılmış müsəlmanlara islam dövlətlərindən bir yiyə duran tapılmır VİDEO
15-05-2015, 12:00
FaktXəbər-in verdiyi məlumata görə, BİT-nin baş katibi Pan Ki Mun Asiya ölkələrinin rohinqya xalqının nümayəndələri olan miqrantları qəbul etməməsindən narahatlığını bildirib.
Xatırladaq ki, Banqladeş və Myanmardan olan 500-ə yaxın miqrantların olduğu gəmi Taylandın sahil sularında dreyf halındadır. Onları nə İndoneziya, nə də Malaziya qəbul etmir.
Malaziya içərisində miqrantlar olan gəminin ərazisinə girməyə icazə verməyib. Hökumət iddia edir ki, onlara ərzaq, su və yanacaq verdikdən sonra içərisində 500-ə yaxın rohin müsəlmanı və banqladeşli miqrant olan gəmi geri qaytarılıb.
Sonradan məlum olub ki, gəmi kapitanı və heyət üzvləri okeanın ortasında qayığa minərək gəmini tərk ediblər.
Xoşbəxtlikdən gəmidə bir nəfərdə cib telefonu olur. O, "Arakan Project" adlı qeyri-hökumət təşkilatının direktoru Kris Leva ilə telefon vasitəsiylə əlaqə saxlayaraq kömək istəyib. Onun sözlərinə görə, gəmidə miqrantlardan 50-si qadın və 84-ü uşaqdır: «Üç gündür ac və susuzuq. Gəminin tam olaraq harada olduğunu bilmirik. Dənizə atılmışıq».
Gəmi kapitanı və heyətlərinin tailandlı olduğu bildirilir.
Levanın bildirdiyinə görə, Rohinqya nüsəlmanları, gəmidən qurunu və bir çox gəmini gördüklərini, kömək üçün siqnal göndərdiklərini, amma heç bir gəminin köməyə gəlmədiyini söyləmişdi.
Beynəlxalq Miqrasiya agentliyi Taylandın qaçqınlarla dolu olan bir gəmini qəbul etməyə hazır olduğunu bildirib. Lakin Bankok hələ ki, bu informasiyanı təsdiq etməyib. Miqrantlar özləri isə Taylandda həbs olunmalarından qorxurlar.