Somali quldurları İran gəmisini ələ keçirdilər

15-05-2015, 12:55           
Somali quldurları İran gəmisini ələ keçirdilər
Somalinin "əş-Şəbab" terror təşkilatı Hind okeanında hərəkət edən, İranda özəl şirkətlərdən birinə məxsus balıqçı gəmisini və göyərtədə olan 14 ekipaj üzvünü girov götürüb.

SalamNews –un "Mehr" agentliyinə istinadla verdiyi xəbərə görə, bu məlumat İranın Kənd Təsərrüfatı nazirliyi və Balıqçılıq İdarəsi tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, bundan öncə İranın Limanlar və Dənizçilik Təşkilatı ölkədə özəl şirkətlərdən birinə məxsus gəminin girov götürüldüyü barədə məlumatı təkzib etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.