Əsədin bazası havaya uçuruldu - Ətrafda onlarla Suriya əsgərinin cəsədi qaldı - VİDEO
15-05-2015, 16:10
Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən üsyançılar Arbin dağında 150 metrlik tunel qazaraq Əsəd əsgərlərinin qərargahını havaya uçurublar. Partlayış nəticəsində ətrafda onlarla cəsəd qalıb.
Avropa.info xəbər verir ki, Əsəd əsgərlərini öldürən müxaliflər Qəzza sakinlərinin təcrübəsindən istifadə etdiklərini bildiriblər.
“Fəth Ordusu” təşkialtının səhra komandiri Mustafa Sarhan Arbin dağında yerləşən Fenar hərbi nəzarət nöqtəsinin altına tunel qazıb altına partlayıcı yerləşdirdiklərini deyib.
Tunelin 150 metr uzunluğunda olduğu, partlayıcının “Fəth ordusu”na aid tankdan açılan atəş nəticəsində partladığı bildirilir. Mustafa Sarhanın dediyinə görə, Əsəd rejimi ətraf yolları nəzarət saxlamaq üçün bu hərbi məntəqəyə böyük önəm verirdi.