Rusiya Suriyaya 3000 könüllü, quru qoşun və paraşütçülərlə qayıdır

6-06-2016, 18:50           
Rusiya Suriyaya 3000 könüllü, quru qoşun və paraşütçülərlə qayıdır
FaktXeber.com-un verdiyi məlumata görə, yaxın vaxtlarda Rusiya Suriyada terror qruplaşmalarına qarşı geniş əməliyyatlara başlayacaq. Bu haqda Livanın “Əs-səfir” qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, ötən həftələrdə Rusiyadan 3000 könüllü döyüşçü Suriyaya gətirilib. Keçən həftə isə sayları dəqiq bilinməyən quru qoşun qüvvələri və paraşütçüləri Rusiyanın Tərtusdakı bazasına köçürülüb.

Ruslar Suriyada ABŞ ilə əldə olunan atəşkəs anlaşmasının hiylə olduğunu başa düşüb. Əlbəttə rusların özü də bunu bilirdilər, ancaq müəyyən mülahizələrə əsasən rəsmi Moskva buna razılıq vermişdi. Amerika və müttəfiqləri isə atəşkəs rejimindən yaralanaraq, "Əl-Qaidə"nin Suriya qanadı olan "Əl-Nusra" terror qruplşması və ona bağlı olan "Ceyşul-İslam" və "Əhraruş-Şam2 kimi silahlı dəstələri 3 min ton həcmində silah və lazımı təchizatla təmin etdilər. "Əl-Qaidə"yə 3 min yeni terrorçuların Türkiyə vasitəsilə qoşulmasına zəmin yaradan ABŞ arada olan anlaşmalara tam mənada xəyanət etmiş oldu.

Rusiya olduqca səssiz şəkildə geniş əməliyyatlara hazırlaşır. Əsas məqsəd isə bütün terror qrupları öz ətrafında cəmləşdirən "Əl-Nusra"ya öldürücü zərbə endirməkdir. Çünki ABŞ Suriya hökumətini devirmək üçün ümidlərini hazırda "Əl-Qaidə"nin bu ölkədəki qanadına bağlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.