Alman kəşfiyyatı ölkədəkiİŞİD üzvlərinin siyahısını tapıb

12-06-2016, 13:11           
Alman kəşfiyyatı ölkədəkiİŞİD üzvlərinin siyahısını tapıb
Almaniyanın kəşfiyyat xidməti 2013-2015-ci illərdə İŞİD-in nəzarətində olan ərazilərə səfər etmiş, sonradan isə səhhətlərindəki problemlərə və ya ailələrinə görə həmin əraziləri tərk etmiş yüzlərlə şəxs barədə məlumatlar müəyyən edib.

APA-nın “Spiegel” jurnalına istinadən verdiyi xəbərə görə, həmin siyahıda İŞİD-in sıralarını tərk edərək Almaniyaya dönmüş 20-dək ölkə vətəndaşının da adı yer alıb. Nəşr qeyd edir ki, qeyd olunan şəxslərdən bir neçəsi İŞİD-dən qovulub. Həmin şəxslərdən bir neçəsinin Almaniyaya qayıtma səbəbləri arasında planlaşdırılan hücum və “gizli missiya”nın da olduğu ehtimal olunur. Aşkarlanan sənədlərin orijinallığı və mənşəyi müəyyən edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.